Aktyor Cin Hekman və həyat yoldaşının ölüm səbəbi məlum olub

Aparılan araşdırmalar iki dəfə “Oskar” mükafatı qazanan aktyor Cinin Hekman və onun həyat yoldaşı, pianoçu Betsy Arakavanın ölüm səbəbini müəyyən etməyə kömək edib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, baş tibbi ekspertiza doktoru Heather Jarrell bildirib ki, 95 yaşlı Hekman və onun həyat yoldaşı 65 yaşlı Betsi Arakava təbii səbəblərdən ölüblər.

Cütlüyün cəsədləri 2025-ci ilin 26 fevralında ABŞ-ın cənub-qərbindəki Santa Fe şəhərindəki bağlanmış yaşayış kompleksindəki evlərində tapılıb.

Bildirilir ki, Cinin Hekmanının cəsədi mətbəxə yaxın yerdə, Betsy Arakavanın cəsədi isə hamam otağında tapılıb, onun yanında isə dərmanlar ətrafa səpələnmişdi.

Günel

Gununsesi.info