Yevlaxda üzərinə hasar uçan 20 yaşlı qadın ölüb

Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qadın ölüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “İnternat məktəbi” adlanan ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Nərmin Rafiq qızı Hüseynova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info