Gürcüstanda bir gündə iki zəlzələ oldu

  • By Admin2
  • 08 Mart 2025 17:35

Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ 4 bal gücündə olub.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 15:28-də qeydə alınıb. Zəlzələnin episentri paytaxtdan 63 km aralıda, Tianeti vilayət mərkəzindən bir qədər aralıda yerləşib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.

Qeyd edək ki, bu, Gürcüstanda bir gündə ikinci zəlzələdir. Birinci zəlzələ bu gün səhər saatlarında baş verib.

Gununsesi.info