Aşan hasar 20 yaşlı qızın həyatına son qoydu

  • By Admin2
  • 08 Mart 2025 11:37

Dünən axşam saatlarında Yevlax rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, saat 18 radələrində Yevlax şəhərindəki internat məktəbinin hasarı gənc qızın üzərinə aşıb.

Nəticədə 2005-ci il təvəllüdlü Nərmin Rafiq qızı Hüseynova ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info