Ağcabədidə 3 avtomobil toqquşdu - Xəsarət alan var

Ağcabədidə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ”2106, “Mercedes” və “Hyundai” avtomobillər toqquşub. “VAZ -2106”-nın sürücüsü, 1993-cü il təvəllüdlü Nadirov Ehtiram Atamoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info