Çərşənbə tonqalında yanan uşaq 3 gün sonra öldü

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info