Ağsuda fermada müəmmalı ölüm

  • By ilhame
  • 28 İyun 2024 21:49

Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb.

 

Gununsesi.info xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Fərhad Səməd oğlu Mustafayevə məxsus olduğu müəyyən edilib.

 

Onun ürəktutmadan vəfat etdiyi ehtimal olunur. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info