Avstriya-Türkiyə görüşünün baş hakimi açıqlanıb

  • By ilhame
  • 28 İyun 2024 21:10

AÇ-2024-ün 1/8 final mərhələsində keçiriləcək Avstriya-Türkiyə görüşünün baş hakimi açıqlanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

 

Oyunun referisi portuqaliyalı Artur Soares Diaş olacaq.

 

O, AÇ-2024-də Polşa-Niderland və Danimarka-İngiltərə oyunlarını idarə edib.

 

Qeyd edək ki, iyulun 2-də keçiriləcək Avstriya-Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gununsesi.info