Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərovla vida mərasimi keçirilir

  • By ilhame
  • 28 İyun 2024 13:38

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovun meyitinin qalıqları Şəmkir rayonuna gətirilib.

 

Gununsesi.info-nun məlumatına görə, şəhidin nəşi Şəmkir rayonunun Mehrili kəndində ailəsinə təhvil verilib.

 

Hazırda şəhidlə vida mərasimi keçirilir.

 

Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci il sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

 

Ə.Əsgərov Mehrili kənd qəbiristanlığında dəfn olunacaq.

Gununsesi.info