Ermənistan-Gürcüstan sərhədində güclü yanğın

Ermənistan-Gürcüstan sərhədində yerləşən “Baqrataşen” nəzarət-buraxılış məntəqəsində pirotexniki vasitələr olan anbar yanır.

 Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayıb.
Məlumata görə, hadisə yerinə beş yanğınsöndürmə briqadası və patrul xidmətinin əməkdaşları cəlb ediliblər.