İsrail Suriyanın tank bazasına zərbələr endirib

  • By Günel
  • 02 Yanvar 2025 20:57

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqdən 20 km cənubda, Sasa şəhəri yaxınlığında yerləşən keçmiş Suriya ordusunun 90-cı tank briqadasının bazasına hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Hava hücumundan sonra hərbi obyektdə bir neçə güclü partlayış səsi eşidilib.

Gununsesi.info