Hər post üçün 1 milyon dollar alacaq - FOTO

  • By Günel
  • 03 Yanvar 2025 09:36

İngiltərəni tərk edərək ABŞ-də yeni səhifə açan cütlük Şahzadə Harri və Meqan Markl yenidən gündəmdədir. Markl bir vaxtlar çox aktiv olduğu “İnstagram” hesabına qayıtdı.

Sosyal medyaya geri döndü! Gönderi başına 1 milyon dolar alacak

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, 43 yaşlı Markl sosial media platformasına “meghan” adı ilə qoşulub. Markl ilin ilk günü öz postunda çimərlikdə qaçarkən görünür. Markl sonra qumda “2025” yazır. Məşhur aktrisa hesabında şərhləri deaktiv etməyi seçib.

People jurnalının məlumatına görə, bu video Şahzadə Harri tərəfindən cütlüyün Kaliforniyadakı evinin yaxınlığındakı çimərlikdə çəkilib.

Daily Mail-in məlumatına görə, Markl hər yazıya görə “ən azı” 1 milyon dollar qazanacaq.

Cütlüyün Şahzadə Arçi adlı 5 yaşlı oğlu və Şahzadə Lilibet adlı 3 yaşlı qızı var.

Günel Həsənova

Gununsesi.info