Biləsuvarda meyvə və giləmeyvə yığımı yekunlaşıb

  • By Günel
  • 03 Yanvar 2025 08:50

Biləsuvar rayonunda meyvə və giləmeyvə yığımı yekunlaşıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu mövsüm 1 680,4 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib. Ümumilikdə 9 260,55 ton məhsul əldə olunub. Ötən mövsüm isə bu rəqəm 9 138,47 ton təşkil edib.

Rayon ərazisində əsasən nar, gilas, alça, badam, ərik kimi meyvə və giləmeyvə sahələri mövcuddur.(“Report”)

Gununsesi.info