ABŞ-də terror aktının təşkilatçısı 2024-cü ilin yayında İŞİD-ə qoşulub

  • By Günel
  • 02 Yanvar 2025 21:29

ABŞ-nin Luiziana ştatının Nyu Orlean şəhərində terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına fəaliyyət göstərib.

Gununsesi.info “AFP”yə istinadən xəbər verir ki, bu barədə FTB-nin direktor müavini Kristofer Raya mətbuat konfransında məlumat verib.

“Yeni Orleandakı hücumda təşkilatçı olaraq başqa kiminsə iştirak etdiyini düşünmürük”, – FTB rəsmisi qeyd edib.

Gununsesi.info