Zelenski ikinci prezidentlik müddətinə namizəd olub-olmayacağını açıqlayıb

  • By Günel
  • 03 Yanvar 2025 08:24

Ukrayna lideri Volodimir Zelenski ikinci prezidentlik müddətinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı bu barədə “TSN” telekanalına müsahibəsində danışıb.

Zelenski yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı hələlik dəqiq cavab verməyə hazır olmadığını bildirib.

“Müharibənin necə bitəcəyini bilmirəm. Əlimdən gələni etsəm, yəqin ki, qərara daha müsbət baxacağam. Bu gün mənim məqsədim bu deyil”, – Ukraynalı lider vurğulayıb.