Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLAR

  • By Günel
  • 02 Yanvar 2025 19:51

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 1971-ci il təvəllüdlü H.Məmmədov “Opel ” markalı avtomobili ilə şəhərdə hərəkətdə olarkən qəfildən infarkt keçirib. O, idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir ara kəsməyə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.