Ferdi Tayfurun dəfn ediləcəyi tarix məlum oldu - Video/Fotolar

Türkiyə musiqisinin sevilən səslərindən olan və 79 yaşında Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişən məşhur müğənni Ferdi Tayfurun dəfn ediləcəyi tarix məlum olub.

Bu barədə  Gununsesi.info  Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qaraciyər və böyrək çatışmazlığı səbəbindən həyatını itirən Ferdi Tayfurla yanvarın 4-də Türkiyə vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) Atatürk Mədəniyyət Mərkəzində vida mərasimi təşkil ediləcək. Sənətçi Emirgan Çınaraltı məscidində qılınacaq cənazə namazından sonra Yeniköydəki ailə qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Tayfur dekabrın 15-də Marmarisdəki evində özünü pis hiss edib, Muğlada müalicə aldıqdan sonraAntalyaya göndərilib və orada vəfat edib.

Qeyd edək ki, daha əvvəl onun beyin damarına stent qoyulub və 2020-ci ildə oğlundan böyrək köçürülüb.

Həmçinin, Türkiyə KİV-də müğənninin son görüntüləri də paylaşılıb: