
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası öz siqnallarında Ukrayna böhranının həlli üçün Rusiyaya hələlik maraqlı heç nə təklif etməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“Bunlar nəyəsə hazır olmaqla bağlı aydın olmayan siqnallardır. Ancaq indiyə qədər ABŞ-ın yeni administrasiyasından gələn siqnallar bunun bizim üçün maraqlı olacağını göstərmir”, – diplomat deyib.
O, son vaxtlar Ukrayna tərəfinin də razılaşmaların əldə olunmasında maraqlı olduğunu bildirib.