Dünyanın ən yaşlı atı 36 yaşında ölüb

Dünyanın ən qədim saf cins ərəb atı olan Echoquette 36 yaşında dünyasını dəyişib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən qədim damazlıq ərəb atı kimi tanınan Echoquette qəfil qaraciyər çatışmazlığından ABŞ- da dünyasını dəyişib .

Echoquette-nin sahibi Endryu Haus deyib:

“Biz onu ilk dəfə 1993-cü ildə İsveçrədəki tövləsində görmüşdük. Başını yana əyərək bizə maraqla baxması dərhal bizi valeh etdi və onu həyatımızın ilk atı kimi seçdik.”

Orxan Saffari

Gununsesi.info