Çilidə güclü zəlzələ baş verib

  • By Günel
  • 03 Yanvar 2025 08:46

Çilinin şimalında yerləşən Antofaqasta bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii hadisənin episentri 5 min nəfər əhalisi olan Mariya-Yelena şəhərindən 72 km şimal-şərqdə, ocağı isə 104 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Gununsesi.info