ABŞ-də təyyarə binanın üzərinə düşüb: 2 nəfər ölüb, 18 nəfər yaralanıb

  • By Günel
  • 03 Yanvar 2025 08:27

ABŞ-nin Kaliforniya ştatının Fullerton şəhərində kiçikhəcmli təyyarənin binanın üzərinə düşməsi nəticəsində azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ştatın polis idarəsi “X” hesabında məlumat yayıb.

“2 nəfər ölüb, 10 nəfər yerli xəstəxanalara çatdırılıb, 8 nəfərə isə yerində həkimlər tərəfindən tibbi yardım göstərilib və evə buraxılıb. İstintaq davam edir”, – məlumatda deyilir.(APA)

Gununsesi.info