Ərdoğan Trampla regional məsələləri müzakirə etdi

  • Müəllif: Firuzə
  • 07 Noyabr 2026 23:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Gununesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

Liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər.

Ərdoğan İranla ABŞ arasındakı gərginliyin sona çatmasının və problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb. Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

O Həmçinin Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün artan diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini söyləyib.

Türkiyə Prezidenti, bu istiqamətdəki işlərə töhfə verməyə davam edəcəklərini, həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının vacibliyini qeyd edib.

Gununesi.info