Noyabrın 8-i və 9-da “ASAN xidmət” işləməyəcək

  • Müəllif: Orxan
  • 07 Noyabr 2026 10:19

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq.

Gununsesi.info-ya bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır.

Noyabrın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Gununsesi.info