Bakıda içməli su borusunda qəza baş verib.
Gununsesi.info xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, hadisə nəticəsində zədələnən borudan yüksək təzyiqlə su fəvvarə kimi küçəyə axıb.
Məsələ ilə bağlı “İri Şəhərlərin Su Təchizatı” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisənin baş verdiyi Məhəmməd Naxçıvani küçəsinə operativ olaraq briqada cəlb olunub. Su xəttində axıntının qarşısı alınıb, hazırda təmir və bərpa işlərinə başlanılır.












