8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-dən 10-dək Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Bildirilib ki, qeyd olunan tarixlərdə qatarların hərəkəti istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.
“İçərişəhər – Həzi Aslanov” istiqamətində və əksinə, pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə ilə 3 dəqiqə arasında olacaq. Zərurət yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılacaq.
Qeyd olunub ki, Bənövşəyi xətdə qatarların hərəkəti bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud hərəkət cədvəli dəyişdirilməyəcək.











