İcra başçı onu tənqid edən jurnalisti həbs etdirdi – Elnur Şükürova qarşı iki maddə ilə ittiham irəli sürülüb

Son zamanlar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi tənqid edən jurnalist Elnur Şükürov həbs edilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, jurnalistə qarşı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 221.2.2 (xuliqanlıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elnur Şükürov həbsindən əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin onun yaşadığı əraziyə gəldiyini və icra başçısının göstərişi ilə hasarının söküldüyünü iddia etmişdi.

“Səda TV” MMC-nin direktor müavini Elnur Şükürov həbs edilib

Jurnalistin yaydığı görüntülərdə Adil Vəliyevin onunla mübahisə etdiyi, əl-qol hərəkətləri ilə nələrsə izah etməyə çalışdığı görünürdü.

Bundan başqa, jurnalistin bələdiyyə sədri ilə də mübahisə yaşadığı bildirilir.

Hadisələri ictimailəşdirən Elnur Şükürovun sonradan həbs olunması və ona qarşı irəli sürülən ittihamlar diqqət çəkir.

Günay

Gununsesi.info