Zəfər Günü xalqımızın qürur və birlik günüdür

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində xüsusi yer tutur.

Bu gün xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulduğu gündür.

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə xalqımızın birliyini, ordumuzun gücünü və əsgərlərimizin qəhrəmanlığını bütün dünyaya göstərdi. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edirik. Qazilərimizə sağlamlıq və uzun ömür arzulayırıq.

Onların göstərdiyi igidlik heç vaxt unudulmayacaq. Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və sevinc günüdür. Bu qələbə xalqımızın öz torpaqlarına bağlılığının və mübarizə əzminin nəticəsidir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yenidən həyat qurulur. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz evlərinə qayıdırlar.

Qarabağda aparılan quruculuq işləri gələcəyə olan inamımızı daha da artırır.

İnanıram ki, Azərbaycan bundan sonra da güclü, bütöv və inkişaf edən dövlət kimi öz yoluna davam edəcək. Zəfər Günümüz mübarək olsun!

 

 

Afət Abbasova

Gununsesi.info