Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində yük avtomobillərinin hərəkəti müvəqqəti dayandırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilib ki, Mtsxeta-Stepançminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Buna səbəb qar yağması və havanın temperaturunun aşağı düşməsidir.
Qeyd edək ki, hazırda “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən keçən yol Gürcüstan ərazisindən keçməklə Ermənistanı Rusiya ilə birləşdirən yeganə fəaliyyətdə olan quru marşrutudur.











