Bu gün Azərbaycanda qısa iş günüdür

  • Müəllif: Orxan
  • 06 Noyabr 2026 11:47

Bu gün, noyabrın 6-da beşgünlük iş həftəsi ilə çalışanlar üçün iş gününün müddəti bir saat qısaldılır.

Gununsesi.info xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayramdan əvvəlki son iş gününün müddəti bir saat azaldılır. Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, səkkiz saatlıq iş günü bu gün yeddi saat davam edəcək.

Beşgünlük iş həftəsində noyabrın 7-dən 10-dək ardıcıl dörd gün qeyri-iş günü olacaq. Noyabrın 7-si şənbə, 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günüdür. Zəfər Günü bazar gününə təsadüf etdiyindən həftəlik istirahət günü noyabrın 10-na keçirilib.

Altıgünlük iş həftəsində bayramdan əvvəlki son iş günü noyabrın 7-nə düşür və iş vaxtı həmin gün bir saat qısaldılır. Növbəti iş günü noyabrın 11-dir.

Gununsesi.info