Milll Məclisin deputatı Səyyad Aran YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayon rəsmiləri ilə birlikdə İkinci Qarabağ müharibəsinin şəhidi, İmişli rayonu Çahar kəndinin sakini olmuş Səfərli Amil Nizami oğlunun anım günündə ailəsini ziyarət edərək başsağlığı veriblər.
Qəhrəman şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolu haqqında xatirələr bölüşülüb. Millət vəkili bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şirin canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.














