Vətəndaş Kapital Bankın bankomatından şikayətçidir.
Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş bu barədə sosial şəbəkədə paylaşım edib.
O, pul çıxarmaq istəyərkən bankomatın qəfil söndüyünü, kartının aparatın içində qaldığını bildirib:
“Bu gün axşam saatlarında Montin ərazisində, BTE binasının arxasında yerləşən Kapital Bank bankomatından pul çıxarmaq istəyərkən problemlə üzləşdim. Dörd rəqəmli kodu daxil etdikdən sonra bankomat qəfil söndü. Nəticədə nə pulumu çıxara bildim, nə də kartımı geri ala bildim.
Soyuq havada xeyli müddət kartın geri qaytarılmasını gözlədim. Dəstək xidmətinə müraciət etsəm də, problemimi həll etmək əvəzinə mənə yersiz və mənasız suallar verildi.
Onsuz da Kapital Bank kartından çox nadir hallarda istifadə edirdim. Bu hadisədən sonra kartımı ləğv edib bir daha istifadə etməyəcəyəm. Əhali pul oğurluğu, səbəbsiz kart bloklanması və digər problemlərdən artıq bezib. Üstəlik, komissiya haqları da ayrıca dərddir. Mənim üçün bu bankla əməkdaşlıq artıq başa çatıb”.
Günay












