Üçtərəfli danışıqların keçiriləcəyi təsdiqləndi – Tarix AÇIQLANDI

  • Müəllif: Orxan
  • 07 Noyabr 2026 09:36

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Putin bu barədə Rusiya Təhlükəsizlik Şurasının iclasında danışıb.

“Birləşmiş Ərəb Əmirliklərində Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqlara başlanılması nəzərdə tutulur. Bu istiqamətdə ardıcıl dəstəyinə görə BƏƏ rəhbərliyinə minnətdarlığımızı bildiririk”, – deyə Rusiya prezidenti qeyd edib.

Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə baş tutacaq.

Görüşdə əsas müzakirə mövzularından biri tərəflərin təhlükəsizlik zəmanətləri olacaq. Danışıqlar bağlı  qapılar arxasında keçiriləcək.

Gununsesi.info