İran ordusu ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi İran ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ-yə məxsus pilotsuz uçuş aparatı İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin yeni sistemləri vasitəsilə vurulub.
Məlumata görə, hadisə ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında, Keşm adasının səmasında baş verib.










