Tramp İrana yeni zərbələr endirildiyini açıqladı – ABŞ 15 dəqiqəyə…

  • Müəllif: Orxan
  • 07 Noyabr 2026 09:06

ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da Amerika hərbçilərinin İrana yeni məhdud zərbələr endirdiyini, Hörmüz boğazındakı Keşm adasında zenit qurğusunun məhv edildiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Tramp Floridada, Vest-Palm-Biçə gəldikdən sonra jurnalistlərə açıqlamasında hücumlarla bağlı ətraflı danışmaq istəmədiyini deyib.

“Mən bu barədə danışmaq istəmirəm. Biz kiçik, lakin effektiv zərbələr endiririk. Onlar kiçik bir zenit qurğusu yerləşdirmişdilər, biz isə onu təxminən 15 dəqiqəyə, bəlkə də 5 dəqiqəyə sıradan çıxardıq”, – deyə ABŞ prezidenti bildirib.

İranın “Tasnim” agentliyinin məlumatında Keşm adasına iki raketin düşdüyü bildirilib.

Bundan əvvəl İranın dövlət xəbər agentliyi IRNA yerli sakinlərin uçan aparatın səsini eşitdiyini, bundan sonra adanın cənubundakı Suzi bölgəsinə iki döyüş sursatının düşdüyünü xəbər vermişdi.

Gununsesi.info