
“YouTube” blogeri “MrBeast” yazıçı Ceyms Patersonla birgə roman nəşr edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Deadline’ məlumat yayıb.
“MrBeast”in debüt romanı olacaq kitabın adı hələ açıqlanmayıb.
Kitab 2026-cı ildə “HarperCollins” nəşriyyatında çap olunacaq. Roman portuqal, danimarka, fin, yapon, niderland və çex dilləri də daxil olmaqla, 15 dildə dərc ediləcək.
Əsər dünyanın müxtəlif təhlükəli yerlərində həyatda qalmaq və liderlik keyfiyyətlərini sübut etmək üçün mübarizə aparan 100 nəfərin iştirak etdiyi ekstremal yarışdan bəhs edəcək. Yalnız bir qalib bir milyard dollar qazanacaq.