Azad Kəşmirdə Pakistan Hindistan dronunu vurdu

Pakistan hərbi qüvvələri Azad Kəşmirin Samahni bölgəsi ərazisində Hindistan dronunu vurub.

Gununssi.info “Geo TV”yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 03:15-də iki ölkə arasında mübahisəli Kəşmir bölgəsini bölən Nəzarət Xətti yaxınlığında baş verib.

Dronun Pakistan hava məkanına daxil olduqdan sonra hədəfə alındığı bildirilir.

Gununsesi.info