Fransa yığmasındakı karyerasını başa vurdu

Fransa yığmasının forvardı Olivye Jiru milli komandadakı karyerasını başa vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.

O, ötən gecə AÇ-2024-ün yarımfinalında İspaniyaya 1:2 uduzduqları görüşdə sonuncu dəfə meydana çıxdığını açıqlayıb.

Qeyd edək ki, Olivye Jiru milli komandada 137 oyun keçirib və 57 qol vurub.