Vətəndaş Bank of Baku-dan şikayətçidir.
Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.
Vətəndaş bankı pulunu qaytarmamaqda ittiham edir. O bildirib ki, oktyabrın 5-də kartından başqa karta 37 manat köçürsə də, pul qarşı tərəfin hesabına çatmayıb.
“145-ə zəng edərək müraciət etdim. Bildirdilər ki, bir həftə ərzində araşdırma aparılacaq. Bir həftə tamam olduqdan sonra isə araşdırma müddətinin daha 20 gün uzadılması barədə mesaj gəldi.
Bu müddətdə filiala da yaxınlaşdım. Bildirdilər ki, sistemdə belə bir köçürmə görünmür və yalnız gözləməliyəm. Hər 3-4 gündən bir zəng edərək vəziyyətlə maraqlansam da, eyni cavabı alıram: araşdırma gedir.
20 gün də tamamlandı, lakin heç bir xəbər yoxdur. Yenidən zəng edərək narazılığımı bildirdim. Yenə də gözləməli olduğumu dedilər.
Artıq bir aydan çoxdur ki, 37 manatın harada olduğunu müəyyənləşdirə bilmirlər.
Bank of Baku insanların cibinə belə girib vətəndaşların pulunu mənimsəyir”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Günay












