
Araz çayında bir nəfər batıb.
Gununsesi.info xəbər verir ki, hadisə Araz çayının rayonun Göbəktala kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, yeniyetmə Süleyman Cahangirli balıq tutarkən çayda boğulub.
Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
