Bakıdakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

​​​​​Bildirilib ki, sözügedən vəzifə Güven Çolaka həvalə olunub.

Türkiyənin Azərbaycandakı səfiri Cahit bağçı təyinat münasibətilə Güven Çolakı qəbul edib. Görüş çərçivəsində İnstitutun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.