Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək.

Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.

 

 

Gununsesi.info