Azərbaycanda məmur iş başında keçindi

Beyləqanda vəzifəli şəxs iş başında ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə 8 saylı ərazi vergi idarəsində baş verib.

Burada kiçik vergi xidməti müşaviri işləyən Ağcabədi şəhər sakini 64 yaşlı Arif Qasım oğlu Qasımlı infarktdan ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info