Kreditə götürdüyü 5 min elə həmin gün oğurlandı

  • By Admin2
  • 12 Aprel 2025 13:52

Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində oğurluq hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, vətəndaşın avtomobilindən 5000 manat oğurlanıb.

Zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib.

Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Gununsesi.info