
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının C divizionunda ilk oyununa çıxıb.
Gununsesi.info xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi milli Albaniya ilə üz-üzə gəlib.
Qarşılaşma seçməmizin 56:60 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, U-16 millimiz növbəti oyununu iyulun 10-u saat 16:30-da Moldovya qarşı keçirəcək. Bir gün sonra isə saat 16:30-da Malta yığmamızın rəqibi olacaq.
Gununsesi.info