
Ötən il, 18,400 nəfər Almaniyanı tərk etmək məcburiyyətində qalıb, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
Gununsesi.info xəbər verir ki, bununla bağlı “Bild” məlumat yayıb.
Bildirilir ki, 2024-cü ilin yanvar-noyabr ayları arasında Almaniyadan 18,400 nəfər deportasiya edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Məlumata əsasən 2023-cü ildə 16 430 nəfər deportasiya edilib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə koronavirus pandemiyasından əvvəl bu rəqəm təxminən 22 min deportasiya olub.
Bild-in məlumatına görə, keçən il bildirilən təxminən 18.000 deportasiya təxminən 213.000 sığınacaq müraciəti ilə kompensasiya edilib; Bu, 2023-cü illə müqayisədə (351 min) üçdə birdən çox azdır.
Federal hökumət deportasiyaların artmasını öz kursunun təsdiqi kimi görür.
Kansler Olaf Şolz Stern-ə verdiyi müsahibəsində deportasiyalardakı yüzdə 20 artımın “əsl irəliləyiş”olduğunu deyib.
Almaniyanın daxili işlər naziri Nensi Feser daha əvvəl etiraf etmişdi ki, ölkədəki bəzi suriyalıların vətənlərində hakimiyyət dəyişikliyi səbəbindən qaçqın statusu ləğv oluna bilər.
Qeyd edək ki, dekabrın əvvəlində Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Almaniya bu ölkədən sığınacaq üçün müraciətlərə baxılmasını müvəqqəti olaraq dayandırıb.
Günel