Dəməşq hava limanında beynəlxalq uçuşlar başlayıb

Suriyanın paytaxtı Dəməşq Beynəlxalq Hava Limanı bu gündən etibarən beynəlxalq reyslərə açılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya Xəbər Agentliyinə (SANA) danışan Mülki Aviasiya və Hava Nəqliyyatı Nümayəndəliyinin rəhbəri Eşed Salibi Dəməşq Beynəlxalq Hava Limanında beynəlxalq uçuşların yenidən başladığını açıqlayıb .

Salibi daha əvvəl hazırlıqlarını davam etdirdiklərini bildirərək, “Tərəfdaşlarımızın köməyi ilə bu hava limanlarının dünyanın hər yerindən uçuşlar qəbul etmə qabiliyyətinə malik olmasını təmin edirik” deyib.

Dekabrın 18-də Suriyada Baas rejiminin devrilməsindən sonra yenidən fəaliyyətə başlayan Dəməşq hava limanından havaya qalxan ilk sərnişin təyyarəsi Hələb hava limanına eniş edib.

Orxan Saffari

Gununsesi.info