
Ukrayna ordusu Kursk vilayətində irəliləyib. Bu da Ukraynanın bu istiqamətdə və ya cəbhənin digər yerlərində koordinasiyalı əməliyyatını göstərir.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
İnstitutun hesabatı 5-6 yanvarda nümayiş olunmuş geolokasiya kadrlarına əsaslanıb və Ukrayna ordusunun Sucadan şimal-şərqdə – Berdinin cənubu, Russkiy Popereçniy və Novosotnitskinin mərkəzində irəlilədiyini göstərir.
İnstitutun məlumatına görə, rus ordusu Zaporojyenin qərbindəki 177-ci dəniz piyadaları alayını Kurska göndərib. Kurskda “Xəzər dəniz piyadaları”nın PUA bölüyü də fəaliyyət göstərir.