Hindistanda mədən çökdü

Hindistanın Assam əyalətində kömür mədəni çöküb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Hindistanın Assam əyalətində kömür mədəninin çökməsi nəticəsində 9 işçi sıxılmış vəziyyətdə qalıb.

Su basmış şaxtada ən azı üç şaxtaçının öldüyü güman edilir.

Bildirilib ki, ordu qrupları bölgədə işləmək üçün dalğıc, helikopter və mühəndislər ayırıb.

Orxan Saffari

Gununsesi.info