Hollandiyada ən çox seçilən adlar açıqlandı: - “Məhəmməd” dördüncü yerdədir

“Məhəmməd” 2024-cü ildə Hollandiyada oğlan uşaqlarına verilən adlar siyahısında dördüncü yeri tutub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hollandiya  Sosial Müdafiə Təşkilatının (SVB) paylaşdığı məlumatlara görə, ötən il ölkədə yeni doğulan uşaqlar üçün ən çox seçilən kişi adı 922 ilə “Nuh”, 657 ilə qızlar üçün “Emma” olub.

Fərqli yazılışları ilə birlikdə qiymətləndirildikdə, “Məhəmməd” adı siyahıda 715 dəfə seçilərək, ən çox verilən adlar arasında dördüncü yerdə qərarlaşıb.

2023-cü ildə ikinci olan Məhəmməd adına 721 dəfə üstünlük verilib.

Orxan Saffari

Gununsesi.info