Tramp ABŞ ordusu ilə bağlı vəd verib

ABŞ-ın keçmiş lideri Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, heç vaxt Amerika qoşunlarını Ukraynaya göndərməyəcəyinə söz verib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Siyasətçi ABŞ ordusunun nə olursa olsun Ukrayna torpaqlarında olmayacağına zəmanət verə biləcəyi sualına belə cavab verib.

Keçmiş prezident onu da qeyd edib ki, münaqişəyə səbəb məhz Ukraynanın NATO-ya qoşulması ilə bağlı söhbət olub:

“20 ildir eşitmişəm ki, Ukrayna NATO-ya daxil olarsa, bu, Rusiya üçün əsl problem olacaq. Mən bunu çoxdan eşidirəm və düşünürəm ki, bu müharibə buna görə başlayıb”.

O, ABŞ-ın hazırkı prezidenti Co Baydenin Ukraynanın Şimali Atlantika Alyansına daxil olması da daxil olmaqla bir çox yanlış şeylər dediyini vurğulayıb.

Tramp həmçinin əmin olduğunu bildirib ki, ABŞ-ın Çinlə müharibəsi mümkün deyil.

“Düşünürəm ki, bu, qaçılmaz deyil. Bu mümkün deyil” – deyə o bildirib.

O, vurğulayıb ki, Baydenin savadsız siyasəti ucbatından ölkələr arasında münasibətlər yaxşılaşmır.

 

 

 

Şəbnəm

Gununsesi.info